Dekabrın 5-də Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şentsin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Avstriya Biznes Forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Turan-a deyiblər ki, biznes foruma tikinti, neft-qaz, İKT, yüngül sənaye, kimya sənayesi, maşınqayırma, qida sənayesi üçün avadanlıq, logistika, havalandırma sistemləri, konsaltinq və digər sahələrində fəaliyyət göstərən 20-ə yaxın Avstriya şirkətinin qatılacağı gözlənilir. Tədbirin Bakı Biznes Mərkəzində keçiriləcək.
Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ilin 9 ayında Azərbaycandan Avstriyaya ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə $69,1 mln-dan $253,8 mln-a çatıb. Avstriyadan Azərbaycana $72,5 mln məbləğində mal gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 27,1% azdır. 08D