Noyabrın 28-də saat 6.15-də Xəzər dənizində Çilov adası yaxınlığında (Abşeron yarımadasında 8 kilometr cənub) Rusiyaya məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq yaranıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Qoryaçi” qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.
Əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcəyi bildirilir.
Hazırda gəminin durumu ilə bağlı açıqlama verilmir.-03D-