Bu ilin 3 rübünün yekununda ARDNŞ 5,15 mlrd kubmetr əmtəəlik qaz hasil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə əmtəəlik qaz hasilatı həcmi 30 mln kubmetr artıb. Bu barədə ARDNŞ-nin saytında məlumat verilir.
İnformasiyaya əsasən, sentyabrda ARDNŞ 557,3 mln m3 qaz hasil edib. 5 Ötən ilin eyni dövründə bu həcm 51,2 mln m3 idi.
Qaz hasilatında artım ARDNŞ-nin ilin əvvəlindən dəniz yataqlarında bir neçə quyu qazıb istismara verməsi ilə bağlıdır.
Qeyd edək ki, ARDNŞ 2011-ci ildə 7,08 mlrd kubmetr, 2012-ci ildə 7,46 mlrd kubmetr əmtəəlik qaz hasil edib. –12В--