Paytaxtın Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanaları sökülür. Orada məcburi köçkünlər məskunlaşıblar. Həmin ərazidə ümumilikdə 6 binanın söküntü işləri gedir.
Doqquzmərtəbəli binada yaşayan sakinlər isə Masazır qəsəbəsində yeni inşa olunmuş yaşayış evləri ilə təmin olunublar. Lakin 15-ə yaxın ailə Masazır qəsəbəsində təklif edilən evlərdən narazı qalıb və evlərindən çıxmaqdan imtina edib.
Xatırladaq ki, hazırda Bakıda Heydər Əliyev prospektində 3 və 4 mərtəbəli binaların söküntüsü davam etdirilir. Söküntü 2015-ci ildə Bakıda keçiriləcək "I Avropa Oyunları" ilə əlaqədardır. Binaların sakinləri isə şəhərin müxtəlif yerlərində mənzilllərlə təmin olunublar.-0-