AZ

"Azərsun Holdinq” milli mətbuatın 150 illiyi münasibəti ilə təqvim dəsti nəşr etdirdi

Artıq neçə ildir ki, təqvim layihəsini müxtəlif mövzularda dərc edən şirkətlər qrupu 2025-ci ildə milli mətbuatın 150 illiyini qeyd etmək məqsədi ilə builki layihəni mətbuat tarixinə həsr edib.

Publika.az xəbər verir ki, “Hər söz bir iz, hər sətir bir irs!” başlığı altında çap olunan təqvim dəstinin hər ayı mətbuatımızın tarixində xüsusi yeri olan mətbu orqanlarından və onların redaktorlarından bəhs edir.

“Əkinçi” ilə başlayan, “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət” və “Açıq söz” ilə davam edən təqvim “Həyat” qəzeti ilə sonlanır.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə ərsəyə gələn layihə şirkətlər qrupunun mətbuata olan diqqət və həssaslığının göstəricisidir.

Belə ki, təqvimin ön sözündə fikirləri qeyd olunan şirkət rəhbəri cəmiyyətin güclü, müstəqil bir xalqa çevrilməsində mətbuatın böyük rolu olduğunu vurğulayıb.

Seçilən
0
20
publika.az

10Mənbələr