AZ

Azərbaycanda yumurta bahalaşacaq? - AÇIQLAMA

Bakı. Trend:

Nəinki regionda, dünyada satışda ən ucuz yumurta Hindistandansonra Azərbaycandadır. Azərbaycanda gündəlik tələbatdan 20-30%artıq süfrə yumurtası istehsal olunur.

Bunu Trend-əaçıqlamasında “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları vəİxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri MürvətHəsənli deyib.

O bildirib ki, hazırda ölkədə süfrə yumurtasına gündəlik tələbat4 milyon ədəd civarındadır: “Amma istehsalımız 5,5 milyon ədədinüzərindədir. Nəinki regionda, deyərdim ki, dünyada satışda ən ucuzyumurta Hindistandan sonra Azərbaycandadır. Hazırda yumurtanınfabriklərdən çıxış qiyməti 6-7 qəpik, marketlərdə isə 8-9 qəpikdir.Bu isə maya dəyərindən 7 qəpik aşağı deməkdir. Ölkədə yumurtabolluğu var. Ona görə də böyük rəqabət var deyə hər kəs aşağıqiymətə malını satmaq istəyir”.

Mütəxəssis Azərbaycanın yumurta ixracından da danışıb: “Damazlıqyumurta kifayət qədər artıqdır və ilin ilk ayı üçün 3-4 milyon ədəddamazlıq yumurta ixracımız gözlənilir. Süfrə yumurtasında da bu ayüçün təqribən 20 milyon ədəd ixrac proqnozlaşdırılır. İxracımızəsasən Yaxın Şərq ölkələrinədir. Ölkələr üzrə ifadə etsək,Əfqanıstan, Qətər, İraq, Kuveyt və digər ölkələri qeyd edəbilərik”.

“Hazırda qiymətlərin qalxmasından söhbət gedə bilməz. Yaxıngələcəkdə də qiymətlərin qalxması gözlənilmir. Çünki yemin qiymətistabildir. Eyni zamanda toyuq əti də ötən ilə nisbətən 4-5%ucuzlaşıb. Hazırda anbarlarda kifayət qədər ehtiyatımız var”, - M.Həsənli vurğulayıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,Azərbaycanda 2024-cü ilin yanvar-noyabr aylarında quş əti də daxilolmaqla diri çəkidə 543,6 min ton ət, 2080,4 min ton süd, 2097,7milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsalolunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,0faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 4,8 faiz artıb, yunistehsalı 2,1 faiz, barama istehsalı 32,9 faiz azalıb.

Seçilən
2
7
az.trend.az

8Mənbələr