Dövlət Neft Fondunun aldığı daşınmaz əmlakı bahalanır və icarə haqqı da ötən il yüksəlib.
İllik hesabata əsasən, Moskva, Paris və Londondakı daşınmaz əmlaka investisiyalar daha cəlbedicidir. 2012-ci ildə ARDNF $133 mln-a Moskvada "Qalereya Aktyor" ticarət-ofis mərkəzini, həmçinin 177,35 mln funt sterlinqə Londonda ofis mərkəzi, 135 mln avroya Parisdə ofis-ticarət kompleksi alıb.
Yanvarın 1- üçün Londonda ofis kompleksi 188 mln funt sterlinq, (+ 10,65 mln), Paris ofis-ticarət kompleksinin qiyməti 136,1 mln avro (+1,1 mln), Moskvadakı obyektin qiyməti $133,24 mln (+$240 min) olub.
Londonda daşınmaz əmlakın idarəsindən 9,65 mln funt sterlinq, Parisdə 4,5 mln avro, Moskvada $11 mln gəlir əldə edilib. –17D—