Avropa Komissiyasının prezidenti Manuel Barrozo regional səfər çərçivəsində iyunun 13-15-də Azərbaycanda olacaq. Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin bu təşkilatın saytında yerləşdirilmiş məlumatında deyilir.
İyunun 11-də Barrozo Moldovada olacaq. İyunun 12-də Gürcüstana gedəcək, iyunun 13-də isə Bakıya gələcək.
İyunun 15-dək o, Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək. Qeyri-rəsmi məlumatlara görə, həmçinin Barrozo vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.-02D-