Müasir dövrdə elm və texnika inkişaf etdikcə uşaq oyuncaqlarının istehsalı da artır. Gündən-günə azyaşlılar üçün maraqlı olan yeni oyuncaq növləri ortaya çıxır. Nəzərə almaq lazımdır ki, son dövrlər uşaqlar arasında standartlara uyğun olmayan oyuncaqlar da istehsal edilir. Bəs belə olan halda, valideyinlər övladlarına oyuncaq seçimi edərkən nələrə diqqət etməlidirlər?
Psixoloq Günay Məstiyeva açıqlamasında bildirib ki, oyuncaq alarkən uşaqlara necə təsir edəcəyinə xüsusi diqqət yetirilməlidir: “Valideynlər ilk növbədə oyuncağın keyfiyyətli istehsalına, harada satıldığına, istehsal olunduğuna fikir verməlidirlər. Uşaqlara mənfi, aqressiv ikrah hissi yaratmayacağına fikir vermək lazımdır. Bunun üçün xüsusi taxta pazllar, heyvanların yığılması üçün fiqurlar və digər növ oyuncaqlar alına bilər. Bu zaman uşağın idrak sferası inkişaf edir, həm kiçik matorika işləyir. Buna görə də, yaxşı olar ki, valideyinlər oyuncaq almağa gedərkən uşaqlarla bərabər deyil, yanlız getsinlər”.
Hətta bəzən uşaqlarda cinsi meyil pozğunluğunu yaratmaq üçün müxtəlif oyuncaqlar istehsal olunur ki, bu da uşaqlara pis təsir göstərir. Bu səbəbdən valideyinlər övladlarını qorumaq üçün daha diqqətli olmalıdırlar.
Leyla SƏMƏNDƏR