AZ

Ombudsman nümayəndələri həbsdə olan hüquq müdafiəçilərinə baş çəkib

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) və 2 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, başçəkmə zamanı BİT-də saxlanılan Leyla Yunusova, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli ilə görüş keçirilib. Görüş zamanı adıçəkilən şəxslərin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb.

Bundan əlavə, 2 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan İlqar Məmmədov da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı İ.Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində hər-hansı pis rəftara məruz qalmadığını bildirib.

Qeyd edilib ki, adı çəkilən şəxslərin qaldırdığı məsələlərin araşdırılması və qanunvericilik çərçivəsində tədbir görülməsi üçün ombudsman tərəfindən Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət olunub. -16D-

Seçilən
1
turan.az

1Mənbələr