Ötən gecə Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol- nəqliyyat hadisəsi baş verib.
Regional “Kəpəz” TV-nin məlumatına görə, Bakıdan Gürcüstana gedən sərnişin avtobusu yük avtomobili ilə toqquşub. Avtobus alışaraq yanıb. 40-a yaxın sərnişin xəsarət alıb. İlkin məlumatlara görə, xəsarət alanların arasında ölənlər də var.
Öz növbəsində Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarəti alıb. Onlardan 7-nin vəziyyəti ağırdır.
FHN də iki nəfərin öldüyünü bildirib. Hadisə yerində FHN-in xilasedici dəstələri işləyir.-16d-