Rusiyada Sankt-Peterburqun keçmiş deputatı Mixail Poqorelovun bağ evindən on milyon rubl dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb,
Söz.az xəbər verir ki, bu barədə "78.ru" məlumat yayıb.
Bildirilib ki, hadisə Leninqrad vilayəti baş verib.
Oğurluq hadisəsi ev sahibi evdə olmadığı zaman baş verib.
Bildirilib ki, oğurluqdan sonra bağda qarışıqlıq yaranıb, lakin qiymətli əşyaların itməsi dərhal aşkar edilməyib. Oğruların zorla pəncərəni açaraq evə daxil olub, qızıl-zinət əşyaları və pulları oğurladığı bildirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Oğurluğu törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər həyata keçirilir.
Deputatın özünün də qeyd etdiyi kimi, son bir ay ərzində ərazidə bir neçə belə oğurluq hadisəsi baş verib.