AZ

Redaktor avtomobilini yanlış saxladığına görə cərimə olunub?

“Tolışon sədo” (“Talışların səsi”) qəzetinin redaktoru Rafiq Cəlilov bu gün Şəhidlər Xiyabanı yaxınlığında saxlanılıb, Səbail rayon məhkəməsinə aparılıb və 200 manat cərimə olunub.

Cəlilovun Turan-a verdiyi məlumata görə, o, bir qrup şəxslə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun abidəsinə gül qoymaq üçün Şəhidlər Xiyabanına gəlib.

Lakin polis avtomobilin Şəhidlər Xiyabanının yaxınlığında saxlanılmasına mane olub.

Cəlilov irəliyə gedib və dayanıb, maşından endikdə polis onu saxlayıb və məhkəməyə aparıb.

“Məhkəmədə polislər bildiriblər ki, mən onlara kobudluq etməmişəm, mənə qarşı başqa iradları yoxdur. Bununla belə, məni 200 manat cərimə ediblər”, deyə Cəlilov bildirib.

“Dünən prezident Berlində deyib ki, bizdə toplaşmaq azadlığı var, bu gün isə bizim Həzi Aslanovun abidəsi önünə gül qoymağımıza imkan verməyiblər”, deyə Cəlilov bildirib. O, məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, aylıq “Tolışon sədo” qəzeti “Tolışi sədo” qəzeti deyil. -06D-

Seçilən
7
turan.az

1Mənbələr