AZ

2025-ci ildə "Beynəlxalq Karl mühafatı"na Ursula fon der Lyayen layiq görülüb

"Axen Beynəlxalq Karl mükafatı"na (The International Charlemagne Prize of Aachen) 2025-ci ildə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə veriləcək.

"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"Bu mükafat məni dərindən təsirləndirir. Çünki Böyük Karl Mükafatı çətin zamanlarda bizim etibarlı dayağımız olan Avropanı ürəyində daşıyır. Avropamıza inanan hamının adından çox təşəkkür edirəm", - Ursula fon der Lyayen qeyd edib.

Xatırladaq ki, "Beynəlxalq Karl mükafatı" Avropanın ən nüfuzlu mükafatlarından biridir. 1950-ci ildən başlayaraq bu mükafatla Avropanın birləşməsi, demokratik dirçəlişi və vahidliyi uğrunda fövqəladə xidmətləri olan ümumdünya işgüzar beynəlxalq təşkilatları və görkəmli siyasi xadimləri təltif olunurlar.

Seçilən
10
2
report.az

3Mənbələr