AZ

Azərbaycan və Braziliya arasındakı sənəd təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

"Unikal" xəbər verir ki, Fərmanda deyilir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya hökumətinə bildiriş göndərsin.

Qeyd edək ki, Memorandum 2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanıb.

Seçilən
5
unikal.az

1Mənbələr