AZ

Bu saziş Ermənistanın növbəti məkirli planının tərkib hissəsidiir




"Görünən odur ki, Bayden və onun komandası yeni seçilmiş prezident Donald Tramp üçün bir çox arzuedilməz nümunələr ortaya qoyub getmək istəyir. Bütün bunları aradan qaldırmaq, yoluna qoymaq isə heç şübhəsiz ki, Tramp hakimiyyəti üçün asan başa gəlməyəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov ABŞ-la Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sənədini şərh edərkən səsləndirib. O bildirib ki, bütün ermənidən daha çox erməni olan Bayden hakimiyyəti və Konqres bu müddət ərzində yarıtmaz fəaliyyəti ilə Azərbaycanla münasibətlərə kölgə saldı:

"Ən son olaraq, Ermənistanla məlum sənədin imzalanması ilə Bayden hakimiyyəti Azərbaycana və bölgəyə olan münasibətini ortaya qoydu. Hesab edirəm ki, sənədin imzalanmasında əsas məqsəd qismən də olsa hərbi yolla Amerikanın Ermənistanda yerləşməsidir. Digər tərəfdən isə Rusiyanın oradan sıxışdırılıb çıxarılmasıdır. Ancaq ağıllı siyasətçilər gözəl bilirlər ki, bu mümkün deyil. Çünki Ermənistanın Rusiya ilə elə ciddi siyasi və iqtisadi bağlılığı var ki, ondan uzaqlaşmaqla İrəvan özünü ən ağır duruma sala bilər. Ancaq hər halda bu saziş Ermənistanın növbəti məkirli planının tərkib hissəsidiir. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən silahlanmanı davam etdirir, öldürücü silahlar alır. Eyni zamanda böyük gücləri, qüvvələri bölgəyə cəlb etmək istəyir, ərazisindən plastarm kimi istifadə olunmağa icazə verir. Bu isə Ermənistanın gələcəyini qaranlıq göstərir. Eyni anda bir neçə stolda əyləşmək siyasəti indiyə qədər heç bir ölkəyə fayda gətirməyib. Ermənistan bütün bunları nəzərə almalıdır".

Süleyman
Seçilən
1
newscenter.az

1Mənbələr