Bakı. Trend:
15 yanvar 2025-ci il tarixində xarici işlər naziri CeyhunBayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrəMüşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
XİN-dən Trend-əbildirilib ki, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də2024-2026-cı illər üzrə sədrliyinin prioritet istiqamətlərini,təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivlərimüzakirə ediblər.
Görüşdə, ölkəmizin çoxtərəfli diplomatiyada zəngin təcrübəsi vəuğurlu sədrlikləri xüsusi vurğulanaraq, Azərbaycan tərəfindən AQEMsədrliyi üzrə təqdim olunmuş konseptual sənədin təşkilatın gələcəkinkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın vəetimadın möhkəmlənməsi üçün geniş istiqamətləri əhatə etdiyiməmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov ideya müəllifi kimi Qazaxıstanıntəşkilatın inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.Sədrliyimiz dövründə təşkilatın beynəlxalq rolunun vəsəmərəliliyinin daha da artırılması, üzv ölkələr üçün praktikifaydanın genişləndirilməsi, institusional inkişafın təminedilməsinin vacibliyini qeyd edib. Təhsil, iqlim dəyişmələri,gənclər, media, nəqliyyat bağlantıları və bir çox digəristiqamətlərdə əməkdaşlığın inkişafının önəmi vurğulanıb. NazirCOP29 sədrliyimiz çərçivəsində qlobal iqlim gündəliyi ilə bağlı çoxəhəmiyyətli qərarların qəbul edildiyini nəzərə alaraq, iqlimdəyişmələri ilə mübarizə sahəsində AQEM çərçivəsində layihələr üçünpotensialın olduğunu bildirib.
Baş katib Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayətqədər geniş olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçiriləcəkgörüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflıməlumatın əldə edilməsi və Azərbaycanın sədrliyininprioritetlərinin müzakirəsi baxımından faydalı olacağını ifadəedib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzularətrafında fikir mübadiləsi aparıblar.