AZ

ABŞ bu ölkədən qorxduğunu etiraf etdi

Çinlə uzunmüddətli rəqabət, bəlkə də  Birləşmiş Ştatların indiyə qədər üzləşdiyi ən böyük problemdir və ABŞ-nin növbəti lideri Donald Trampın öz administrasiyasının əsas diqqətini çəkməli olacağı problemdir. 

SeherXeber.org xəbər verir ki, bu fikri ABŞ-nin hazırkı prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Mənim fikrimcə, təcili böhranlarla məşğul olarkən, Çinlə uzunmüddətli strateji rəqabətdən yayınmamağımız son dərəcə vacibdir. Çünki Çin yeganə ölkədir ki, bizimlə bütün sahələrdə rəqabət aparmaq imkanına malikdir. Çin yeganə ölkədir ki, bütün sahələrdə bizimlə rəqabət aparmaq ambisiyasına və qabiliyyətinə malikdir", - Sallivan Vaşinqton Sülh İnstitutunda çıxışı zamanı deyib.

O əlavə edib ki, müttəfiqlərimizin səylərini birləşdirməklə Cənubi Çin dənizi və Tayvan boğazı da daxil olmaqla, Çinin iqtisadi   sahədəki ədalətsiz və təcavüzkar taktikalarından geri çəkilməsinə yönəltməliyik.

Mürtəza

SeherXeber.org

Seçilən
0
2
seherxeber.org

3Mənbələr