Bakı. Trend:
Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilənşagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesizamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllıcihazlardan istifadəsi qadağan olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, xüsusi hallar istisna olmaqla ümumtəhsilmüəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllısaatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyəedilmir.
"Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminintələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşımənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektroncihazlardan istifadə edilə bilər.
Ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumtəhsilmüəssisələrində tətbiq edilən şagird davranış qaydalarının əhatədairəsi genişləndirilməsi nəzərdə tutulur.
Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədrisprosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon vədigər cihazlardan istifadə etməsi qadağan edilir.
Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili dəçağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsininxaricində təsəvvür etmək mümkün deyil", - agentlikdən qeydedilib.
Agentlikdən əlavə edilib ki, artıq orta məktəblərdə ən aşağısiniflərdən etibarən tədris prosesində internetin imkanlarındanistifadə olunur:
"Lakin bu zaman da, ümumi təhsil müəssisələrinin internetəçıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlaynsüzgəcləmə sistemi tətbiq edilir ki, bu da internetistifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlaraəlçatanlılığının qarşısını alır".