Ölkədə bir neçə gündür dəyişkən hava şəraiti müşahidə edilir. Qış fəsli olsa da, havalar gah mülayim, gah sərin keçir. Bəs görəsən, sabah hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova Yeniazerbaycan.com-a açıqlamasında bildirin ki, yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir:
“Axşama doğru yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 6-9° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında, gündüzdən isə əksər yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq”.
Hava şəraitindən aslı olmayaraq, özünüzə diqqət etməyi unutmayın.
Leyla Səməndər