İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və anklavda saxlanılan girovların azad edilməsinə dair saziş layihəsi ümumilikdə razılaşdırılıb və bu həftə yekunlaşdırıla bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CBS telekanalı Amerika, İsrail və Ərəb rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər razılığın uğurla əldə olunması ilə bağlı artıq ictimai bəyanatlar hazırlamağa başlayıblar və onun icrasına hələ bu həftənin sonundan başlana bilər.
Hazırda Dohada Qəzza üzrə danışıqların növbəti mərhələsi davam edir. Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi və HƏMAS demək olar ki, eyni vaxtda məsləhətləşmələrin yekun mərhələsinə çatdığını açıqlayıb.