AZ

Gürcüstanın sabiq Baş naziri döyüldü - Gürcü deputatlar isə müxalifətçi ilə dalaşdı + VİDEO

Bu gün Gürcüstanın Batumi şəhərində müxalifət lideri, keçmiş Baş nazir Georgi Qaxariya hakim partiyanın deputatı və digər vəzifəli şəxslər tərəfindən döyülüb. 

“AzPolitika” yerli mediaya istinadla xəbər verir ki, Qaxariyanın burnu sınıb və o, beyin silkələnməsi alıb.

Qeyd edək ki, bu, son günlər hakim partiya nümayəndələrinin iştirakı ilə baş verən yeganə insident deyil.

İki gün əvvəl isə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində "Gürcü Arzusu"nun 3 deputatı bir kafedə müxalif mövqeli Gürcüstan vətəndaşı ilə əlbəyaxa olub. BƏƏ polisi hazırda araşdırma aparır, deputatlar istintaqda dindirilir.

“AzPolitika.info”


Seçilən
0
azpolitika.info

1Mənbələr