Buxaradan Moskvaya uçan təyyarənin mühərrikində nasazlıq yaranıb.
Söz.az xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri məlumat yayıb.
Məlumatı “Uzbekistan Airways” aviaşirkəti təsdiqləyib.
“Ekipaj Vnukovoya enməyə qərar verdi. Təyyarə təhlükəsiz eniş edib və itki yoxdur”, - deyə aviaşirkətdən bildiriblər.
Marşrutu tamamlamaq üçün ehtiyat təyyarə göndərilib. Mütəxəssislər artıq texniki işləri həyata keçirirlər.