Reper Kanye Uest 3 milyon dollar dəyərində rezin ayaqqabı satıb.
Söz.az xəbər verir ki, bu barədə “Complex” məlumat yayıb.
Kanye Uest 20 dollara rezin ayaqqabı kolleksiyasını satışa çıxarıb. SL-01 adlandırılan yeni "Yeezy" başmaqları, aşağı kəsilmiş üst hissəsi və yivli altlığı ilə kifayət qədər sadə dizayna malikdir.
Üzərində heç bir görünən marka yoxdur, ancaq altlıqda rəqəmlər qeyd edilib.
Reperin sözlərinə görə, o, satışların bir günündə 3 milyon dollar qazanıb.