AZ

Güney Azərbaycanın məşhur sənətçisi və aktyoru "Haşım ağa" İran hökumətinə təklif verdi

Güney Azərbaycanın məşhur sənətçisi və aktyoru "Haşım ağa" kimi tanınan Haşım Çavuşi ölkədə artan inflyasiya və bahalıqla bağlı hökumətə maraqlı təklif verib.

O, bu barədə sosial mediada paylaşım edib.

“Hər gün müxtəlif qida məhsullarının qiyməti durmadan artır və vətəndaşlar daha da ağır vəziyyətə düşür. Bu problemi həll etmək üçün hakimiyyətə təklif edirəm ki, “yeməyi tərk etmə kamp”ları qursun və vətəndaşlar orada qidasız yaşamağın yollarını öyrənsilər”, - o bildirib.

Çavuşi ət, toyuq, yumurta, meyvə-tərəvəz və başqa məhsulların qiymətinin fantastik səviyyədə artdığına diqqət çəkərək, çıxış yolunun ancaq “yeməyi tərk etmə kamp”larının qurulmasında olduğunu söyləyib.

“Bununla da həm vətəndaşların, həm də hakimiyyətin problemi həll olacaq”, - təbrizli sənətçi istehza ilə bildirib.

Qeyd edək ki, "Haşım ağa" 80 və 90-cı illərdə ictimai problemlərə toxunan Azərbaycan türkcəsində olan qısa metrajlı filmlərdəki rollarına görə güney azərbaycanlılar arasında rəğbət qazanıb.

O, son illər ölkədə, xüsusən Azərbaycan əyalətlərindəki ictimai, iqtsadi və ekolji problemlərlə bağlı ən çox mövqe bildirən azsaylı sənətçilərdən biridir.

visiontv.az



Seçilən
4
visiontv.az

1Mənbələr