AZ

"TikTok"un növbəti alıcısı - MrBeast

Dünyanın ən məşhur "YouTube" bloqeri "TikTok"u almaq istəyini dilə gətirib. 

Valyuta.Az xəbər verir ki, MrBeast "TikTok"un qadağan edilməməsi üçün bu sosial şəbəkəni almaq istəyini bildirib. Daha sonra o, paylaşımında qeyd edib ki, bu təklifindən sonra ona “çox sayda milyarder” müraciət edərək, sövdələşməni həyata keçirmək üçün dəstək təklif ediblər.

Hazırda Birləşmiş Ştatlarda "TikTok"un ABŞ-dəki bölməsinin taleyi müzakirə olunur. ABŞ hökuməti bu sosial şəbəkəni qadağan etməyi planlaşdırır, əgər onun sahibi – Çin şirkəti "ByteDance" ölkədəki biznesini satmasa. Bunun üçün "ByteDance"a yanvarın 19-dək vaxt verilib. Şirkət ABŞ Ali Məhkəməsinə apellyasiya təqdim edib, lakin məhkəmənin hökumətin qərarını dəstəkləyəcəyi ehtimal edilir.

Bu səbəbdən Çin hökuməti "TikTok"un bloklanmasının qarşısını almaq üçün müxtəlif variantları nəzərdən keçirir. Daha əvvəl "Bloomberg" xəbər vermişdi ki, mümkün ssenarilərdən biri "TikTok"un İlon Maska satılmasıdır. Lakin "ByteDance" bu xəbərləri “tamamilə uydurma” adlandırıb.

Qeyd edək ki, ABŞ-də "TikTok"un auditoriyası təxminən 170 milyon nəfər təşkil edir və platformanın dəyəri 40-50 milyard dollar arasında qiymətləndirilir.

Rəhim

Seçilən
0
valyuta.az

1Mənbələr