Beynəlxalq Enerji Agentliyi BEA bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,956 milyon barelə çatacağını proqnozlaşdırıb.

İndex.az xəbər verir ki, BEA-nın 2024-cü ilin dekabr ayı üzrə neft bazarı hesabatına görə, keçən ay Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft tədarükü əvvəlki ayla müqayisədə gündəlik təxminən 220 min barel artaraq 27 milyon 430 min barelə çatıb.

Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 620 min barel olaraq qeyd edilib.

Belə ki, OPEC-in ümumi neft tədarükü ötən ay gündəlik 33 milyon 60 min barel olaraq qeydə alınıb.

Bu, noyabr ayında qeydə alınan səviyyədən gündə təxminən 230 min barel çoxdur.