
Polşa Baş Naziri Donald Tusk, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra verdiyi açıqlamada, Rusiyanın yalnız Polşaya deyil, dünya aviaşirkətlərinə qarşı hava terror aktları planlaşdırdığını bəyan edib."Rusiya yalnız Polşaya deyil, həm də bütün dünyada aviaşirkətlərə qarşı hava terror aktları planlaşdırıb," — deyə Tusk vurğulayıb.15 yanvar tarixində Tusk, Zelenskini Baş Nazirlik Kanselyarısında qəbul edib. Görüş zamanı Ukraynaya Rusiyayla münaqişədə yardım məsələləri müzakirə olunub. Həmçinin, Zelenskinin Varşavadakı görüşlərində Ukraynanın Avropa İttifaqına üzvlük danışıqları, xüsusilə Polşanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə bu məsələni irəlilətmə mövzusu diqqət mərkəzində olub.Həmin gün Polşa Hərbi Hava Qüvvələri, Rusiyanın Ukraynada hərbi fəallığı iddiaları ilə əlaqədar təlim uçuşları həyata keçirib. Döyüş təyyarələri patrul missiyaları üçün havaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.Səidə Mustafa
Diqqət Çəkənlər
Forbes: “Lukoil” şirkəti icraçı direktorunu dəyişib
İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər
Birləşmiş Ərəb Əmirlikləri, Putin və Trampın görüş yeri ola bilər