AZ

Filosof Dugin: Putin və Trampın ilk görüşləri, Ukraynadakı vəziyyəti həll etməyəcək

Filosof

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın seçilmiş prezidenti Donald Tramp arasında ilk görüşlərdən Ukraynada vəziyyətin yekun həlli gözlənilməməlidir. Bu proqnozu, iki ölkə rəhbərinin danışıqları haqqında filosof, sosioloq və politoloq Aleksandr Dugin "Sputnik" radiosunun efirində verib."Bu vəziyyət uzana bilər... Putin Trampa Ukraynanın bizim "ştat"ımız olduğunu tarixi, etnoloji, dini, sosioloji, antropoloji və mədəniyyətşünaslıq baxımından inandırıcı şəkildə izah etdikdən sonra, hər hansı bir irəliləyiş gözləmək olar, amma bu dərhal olmayacaq", — deyə Dugin bildirib.Filosofun fikrincə, ABŞ prezidenti Ukrayna problemini başa düşmək üçün vaxt və Vaşinqtonla digər əlaqə kanalları lazımdır. Duginin sözlərinə görə, yeni amerika administrasiyası ilə iş üslubunu dəyişmək vacibdir."Bizə yalniz prezidentimiz Putinin şəxsi müdrikliyinə, gücünə və psixoloji dözümlülüyünə ümid etmək qalir"— deyə o vurğulayıb. Filosof əmindir ki, hazırda Rusiya prezidenti təkcə Trampla danışıqlar aparmaq qabiliyyətinə malik yeganə şəxsdir.Səidə Mustafa

Diqqət Çəkənlər

Forbes: “Lukoil” şirkəti icraçı direktorunu dəyişib

İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər

Birləşmiş Ərəb Əmirlikləri, Putin və Trampın görüş yeri ola bilər

Seçilən
0
ulusum.az

1Mənbələr