İstanbulda 65 nəfər saxta alkoqollu içki zəhərlənməsi səbəbilə xəstəxanalara yerləşdirilib. Son 72 saat ərzində tibb mərkəzlərinə müraciət edən bu şəxslərdən 19-u həyatını itirib.
Xezerxeber.az xəbər verir ki, onların kimyəvi maddələrin istehsalında istifadə edilən metanol maddəsindən zəhərləndikləri ehtimal olunur. Zəhərlənənlərdən 3-ü ilkin tibbi müdaxilədən sonra evə buraxılıb, 43 nəfərin isə müalicəsi davam edir.