AZ

Naxçıvanın büdcə gəlirləri artıb

Ötən il Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 261,5 milyon manat təşkil edib.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 41,8% çoxdur.

Eyni zamanda dövr ərzində muxtar respublikanın büdcə xərcləri isə 429,6 milyon manata bərabər olub. Bu isə illik müqayisədə 22,4% azdır.

Qeyd olunub ki, ötən il Naxçıvan Muxtar Respublikasındakı banklarda 24,4 milyon manat əmanət olub.

Məlumata görə, bu, 2023-cü ilə müqayisədə 51,1% çoxdur.

Seçilən
0
kommersant.az

1Mənbələr