Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib.
"Kürd qardaşlarımızın bütün məsələlərini dəstəkləyirik, izləyirik və onların təhlükəsizliyinin qarantıyıq. İŞİD kimi layihə bəhanələrinə gəlincə, onlar artıq inandırıcı deyil. Bu məsələni həll edə biləcək ən böyük güc Türkiyədir. Hər kəs əlini bölgədən uzaq tutsun, suriyalı qardaşlarımızla birlikdə həm İŞİD-i, həm də YPG-ni darmadağın edərik. Bizdə bu güc var”, - Ərdoğan əlavə edib.