Son günlər Rusiyada yaşayan həmvətənlərimizə qarşı təzyiqlər artmaqdadır. Azərbaycanlıları polis bölmələrində saxlayır və deportasiya edirlər.
Məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov Tribunainfo.az-a açıqlamasında bildirib ki, MDB ərazisində qeyri-qanuni miqrant axınına qarşı mübarizə məqsədilə MDB hökumət başçılarının hələ 1998-ci ilin 8 oktyabrında qəbul edilmiş qərarı var.
Politoloqun sözlərinə görə, məlum qərarın icrasına nəzarəti gücləndirmək və təkmilləşdirmək məqsədilə 2002 və 2008-ci illərdə də xüsusi qanunlar qəbul edilib.
MDB dövlətləri sırasında Rusiya daha böyük əmək bazarına malik olduğundan, məlumdur ki, MDB-nin digər dövlətlərindən buraya miqrant axını daha böyük və güclüdür.
“Bəllidir ki, miqrant axınının əsas səbəbi bəlli dövlətlərin ərazisində olan işsizlik və bununla bağlı yaşanan sosial gərginlikdir. MDB-də Rusiyaya olan miqrant axını bir sıra sosial xarakterli problemlərin artmasına səbəb olduğundan bəllidir ki, Rusiya qeyri-qanuni miqrant axınının yaratdığı problemlərdən sığortalanmaq üçün qanunvericilik səviyyəsində tədbirlər görməlidir. Əvvəla, qeyri- qanuni miqrantları izləmək, onların yerini müəyyənləşdirmək çətindir. Bu isə onların vergilərdən yayınmalarına şərait yaradır. 2024-ci ilin 30 oktyabrına olan məlumata görə, Rusiyaya gələn 7,5 milyon xarici vətəndaşın təxminən 754 mini qeyri qanuni miqrant olub və onlar vergiləri ödəməkdən yayınıblar. Digər tərəfdən bu miqrantlar il ərzində 24 minə yaxın cinayət hadisəsinin törədilməsində bilavasitə iştirak ediblər. Bu isə krimonigen vəziyyətin daha da ağırlaşmasına səbəb olub. Nəzərə almaq lazımdır ki, miqrantlar başqa dəyərlərin, mental baxışların, adət və ənənlərin daşıyıcıları, təmsilçiləridirlər. Bu isə onların iştirakı ilə baş verən millətlərarası, dinlərarası toqquşmaların əsas səbəblərindəndir. Bu kimi halları küll halında götürdükdə, Rusiyanın qeyri-qanuni miqrantlara qarşı gördüyü və görə biləcəyi tədbirlər onun qanunvericiliklə təsbit olunmuş səlahiyyətlərinə aiddir və burada konyuktur maraqlar naminə şou yaratmaq Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və mahiyyətinə zidd bir addlmdır. Yalnız bulanıq suda balıq tutmaq istəyənlərin maraqlarına cavab verir. Stəkanda fırtına yaratmağın adı yoxdur”.
Dəniz