AZ

"İrəvanın Aİ-yə qoşulması prosesinin başlanması Avrasiya İqtisadi İttifaqından çıxışa aparacaq"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına daxil olma prosesini başlamaq qərarının Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı demək olduğunu bildirib.

Moskva İrəvanın Aİ-qə qoşulmaq planını belə qiymətləndirir.

RF Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib: "Onlar Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmadıqlarını deyirlər. Lakin indi mövcud olan vəziyyətin xüsusiyyəti nədən ibarətdir? Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşdığı barəsində söhbət çoxdan gedirdi, müzakirələr aparılırdı. Lakin 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə daxil olmaq prosesinin başlanmasının elanı barəsindəki qanun layihəsini dəstəkləməklə hüquqi əhəmiyyətli addım atdı. Mövcud vəziyyətin xüsusiyyəti bundan ibarətdir. Bu, Ermənistan hökumətinin qərarı idi. Biz də bunu Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi nəzərdən keçiririk.

Bundan sonrakı addımları Ermənistan hökuməti atacaq. Onlar ya bu məsələnin Ermənistan hökumətinin gündəliyində olmadığını bildirirlər, ya da Avrasiya İqtisadi İttifaqından çıxmağı istəmədiklərini, yaxud da planlaşdırmadığını deyirlər. Onlar üçün harada yaxşı olacağına özləri qiymət verəcəklər. Baxaq görək vəziyyət necə inkişaf edəcək".

Overçuk deyib: "Təəssüf ki, artıq ötən il Ermənistanın Aİ-yə daxil olması barəsində söhbətlərin fonunda Rusiya biznesinin Ermənistanla iqtisadi əlaqələrin dəstəyinə və inkişafına ehtiyatla yanaşmağa başladığını gördük".

Hürr Tərcüman

Seçilən
3
hurriyyet.az

1Mənbələr