AZ

Sefarad yəhudi icmasının sədri: "Prezidentə minnətdarıq"

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda fəaliyyət göstərən dini icmalara maliyyə yardımı ayrılıb. İcmalara ayrılan yardımın ümumi məbləği 5.5 milyon manata yaxındır.

Maliyyə yardımı ayrılan icmalardan biri xüsusi diqqət çəkib. Belə ki, Sefarad yəhudilərinin Bakı dini icmasına ilk dəfə maliyyə yardımı ayrılıb. Yardımın məbləği 350 min manatdır.

Modern.az icmanın sədri ravvin Zamir İsayevlə həmsöhbət olub.

Onun sözlərinə görə, Sefarad yəhudilərinin Bakı dini icması digər yəhudi dini icmaları ilə eyni vaxtda qeydiyyatdan keçib:

“Seferad sözü sadəcə İspaniya mənşəli yox, həm də şərq mənşəli yəhudilərə aiddir”.

Z.İsayev bildirib ki, Seferad yəhudiləri icmasının ölkənin daxilində geniş fəaliyyətindən əlavə ölkə xaricində də kifayət qədər geniş əlaqələri və faəliyyəti var :

“İcmamızın üzvləri üçün ölkədə hazırda sosial və ictimai sahədə layihələr həyata keçirməklə yanaşı xaricdə də geniş əlaqələri var.  İcmamızın müxtəlif seferad və qeyri-seferad yəhudi icmaları və təşkilatları ilə əməkdaşlığı var. Mən icma sədri olaraq Amerika Seferad Federasiyasının idarə heyətinin və Avropa Ravinlər Konfransının üzvüyəm. Digər təşkilatlarla sıx əməkdaşlıq bizə müxtəlif imkanlar yaradır. Əsas məqsədimiz Azərbaycan tolerantlığını, multikulturalizm modelini, ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu sahədə icmamız tərəfindən görülən işlər kifayət qədər genişdir. Bunu mediada da görmək olar. Biz əlimizdən gələni edirik və edəcəyik ki, cənab Prezidentin bizə göstərdiyi etimadı doğruldaq və bu işdə daha da fəal olaq. Eyni zamanda icmamızın nəzdində regionda yeganə yəhudi dini məhkəməsi də fəaliyyət göstərir.

Cənab Prezidentə icmaya göstərdiyi qayğıya və diqqətə görə minnətdarıq. Edilən yardımla layihələrimizi daha da genişləndirəcək, eyni zamanda yeni layihələrə imza atmağa ümidvarıq”.

Seçilən
0
2
modern.az

3Mənbələr