AZ

Trampın Ukraynadakı müharibəni necə bitirmək istədiyi məlum olub

Ukrayna ən azı yaxın gələcəkdə NATO-ya üzv olmayacaq və münaqişə tərəflərinin hazırkı mövqeləri dondurulacaq. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Rusiya və Ukrayna arasında barışıq üçün bu mümkün varianta meyl edirlər.

Oxu24.com xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən yazır.

Onlar həmçinin Ukraynaya ciddi təhlükəsizlik təminatlarının verilməsini dəstəkləyirlər. Mümkün variantlar arasında Avropa qoşunlarının patrul etdiyi demilitarizasiya zonasının yaradılması daxildir. Reuters aydınlaşdırır ki, bu variant Trampın baş məsləhətçilərinin əksəriyyəti tərəfindən dəstəklənir.

Trampın müşavirləri münaqişənin həlli üçün “aylar və ya daha çox” vaxt ayırırlar. Reuters mənbələri ilk gün seçilən prezidentin qarşıdurmanı həll etmək vədlərini "təşviqat kampaniyası söhbətlərinin birləşməsi, münaqişənin həll olunmazlığı və yeni administrasiyanın formalaşdırılması üçün lazım olan vaxtın anlaşılmaması" kimi təsvir edib.

 

Nigar

Seçilən
2
oxu24.com

1Mənbələr