Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTürkiyə prezidenti Suriyada fəaliyyət göstərən terrorçu qrupları silahlarını yerə qoymağa və ləğv olunduqlarını elan etməyə çağırıb.
Oxu24.com xəbər verir ki, siyasətçinin çıxış TRT Haber tərəfindən yayımlanıb.
Onun sözlərinə görə, Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli qüvvələr silahı yerə qoymasalar, “onlar gələcək taleyindən yayına bilməyəcəklər”.
Ərdoğan qeyd edib ki, bütün xarici qüvvələr “əllərini bölgədən çəkməlidir”, əks halda Ankara “suriyalı qardaşları ilə birlikdə terrorçuların başını kəsəcək”.