AZ

Azərbaycanda metapnevmovirusa yoluxan var? - RƏSMİ CAVAB

"2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmovirusa yoluxma halları qeydə alınmayıb".

Bu barədə cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ölkədə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət diqqət mərkəzindədir:

"Payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlər gücləndirilib. Ağır gedişli kəskin respirator virus infeksiyalı və qripəbənzər əlamətləri olan xəstələrin laborator müayinəsi aparılır".

"Hazırda ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər", - deyə məlumatda bildirilib.

Aləmdə Nəsib

Mənbə: oxu.az

Seçilən
1
5
oxu.az

7Mənbələr