Türkiyənin ASELSAN şirkəti özünün yeni Radar İnteqrasiya Mərkəzində istehsal prosesinə başlayıb.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, şirkət son illərdə AESA əsaslı radar texnologiyalarında mühüm irəliləyiş əldə edərək, dünyanın aparıcı radar dizayn və istehsal mərkəzlərindən birinə çevrilib.
Bildirilib ki, bu baxımdan, xüsusilə beynəlxalq sifarişlərdə ciddi yüksəliş əldə edilib.
Beləkliklə, tələbatın bu artımını qarşılamaq üçün ASELSAN 50 milyon ABŞ dolları sərmayə ilə həyata keçirdiyi Radar İnteqrasiya Mərkəzini bu ilin əvvəlində istifadəyə verib.
Həmçinin planlaşdırılan sifarişlərə və böyümə hədəflərinə uyğun olaraq, şirkətin hazırkı radar istehsal gücünü üç dəfə artıracaq əlavə müəssisənin tikintisinə də bu il başlanılıb. Ümumi qapalı sahəsi 73 min kvadratmetr olacaq bu müəssisənin 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.