AZ

İran prezidentinin Tacikistan və Rusiyaya səfəri başlayıb

İran prezidenti Məsud Pezeşkian Tacikistan və Rusiya səfərinə başlamazdan əvvəl administrasiyasının qonşularla münasibətləri dərinləşdirmək qərarını dilə gətirib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, o, İranın qonşuları ilə münasibətləri günü-gündən dərinləşdirməyə çalışdığını bildirib.

Tacikistanla kənd təsərrüfatı, sənaye, ticarət və nəqliyyat kimi müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək planlarını açıqlayan Pezeşkianın sözlərinə görə, İran sıx mədəni əlaqələri olan Tacikistanla əməkdaşlıq müqavilələri imzalayacaq.

Moskva səfəri zamanı isə İran və Rusiya arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalanacaq. Bu sənəd iqtisadi, elmi, sənaye, kənd təsərrüfatı, təhlükəsizlik və mədəni əməkdaşlıqları əhatə edəcək.

Gülşən Şərif

Seçilən
15
bakivaxti.az

1Mənbələr