AZ

165 nömrəli marşrutun avtobusları yenilənir

Paytaxtın Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metrostansiyaları və A.M.Şərifzadə küçəsi ilə əlaqələndirən 165 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Bu barədə Demokrat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, yanvarın 16-dan sərnişinlərin xidmətinə veriləcək 20 ədəd yeni "King Long" markalı ortatutumlu avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Seçilən
4
13
demokrat.az

2Mənbələr