AZ

Rusiya-Ukrayna müharibəsi başa çatır?

Rusiya-Ukrayna

Ukraynadakı müharibəyə son qoymaq üçün aylar, hətta daha çox vaxt lazım olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın adı açıqlanmayan müşavirlərinə istinadla yazıb.

Onların fikrincə, Ağ evin gələcək rəhbəri vəzifəsinin icrasına başladıqdan sonra ilk gündə problemi həll edəcəyinə dair vədlərini prosesin mürəkkəbliyinə baxmayaraq, həyata keçirməyə çalışacaq. Təbii ki, münaqişənin mürəkkəbliyi və yeni administrasiyanın kadrları üçün lazım olan vaxt çərçivəsi də nəzərə alınmalıdır.

Qeyd olunur ki, bu qiymətləndirmələr Trampın Rusiya və Ukrayna üzrə gələcək nümayəndəsi, istefada olan general-leytenant Keyt Kelloqun dediklərinə uyğundur. General əvvəl deyib ki, 100 gün ərzində müharibənin “həll yolunu” tapmaq niyyətindədir.

Öz növbəsində ABŞ-nın Ukraynadakı keçmiş səfiri Con Herbst qeyd edib ki, hətta Kelloqun səsləndirdiyi “uzadılmış” müddət də çox nikbindir: “Bunun işləməsi üçün Tramp Putini barışmazlığın mənfi tərəfləri olduğuna inandırmalıdır”.

Nəşr xatırladır ki, Rusiya mümkün sülh sazişi ilə bağlı qarışıq siqnallar verib, Trampla birbaşa danışıqları alqışlayır, müşavirlərin irəli sürdüyü bəzi fikirləri isə rədd edir.

ELÇİN
Seçilən
1
reyting.az

1Mənbələr