AZ

Əfsanədən daha bir tarixi göstərici

Serbiyalı tennisçi Novak Cokoviç tarixi rekorda imza atıb.

Gundem.az xəbər verir ki, o, “Böyük Dəbilqə” turnirlərində ən çox oyun keçirən raketka ustası olub. Dünyanın 7 nömrəsi Avstraliya Açıq çempionatının 2-ci turunda portuqaliyalı Xayme Fariyaya (6:1, 6:7 (4:7), 6:3, 6:2) qalib gəlib. Bu, onun belə turnirlərdə 430-cu matçı olub. Cokoviç bu göstəricidə Rocer Federeri (429) üstələyib.

O, cinsindən asılı olmayaraq, Böyük Dəbilqə yarışlarında ən çox çıxış edən tennisçidir. "İlk 5"-likdə Serena Uillyams (423), Rafael Nadal (358) və Venus Uillyams (356) daxildir.

Seçilən
0
2
gundem.az

3Mənbələr