AZ

Azərbaycan və Slovakiya arasında ikiqat vergitutma ləğv olunub

Azərbaycan

Azərbaycan və Slovakiya arasında Gəlirlərə görə Vergilərə Münasibətdə İkiqat Vergitutmanın aradan qaldırılması və Vergidən Yayınmanın Qarşısının Alınması haqqında saziş qüvvəyə minib.

Reyting.az
 Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, saziş, dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə tətbiq ediləcək.

Sazişdə nəzərdə tutulan gəlirlərə görə vergilərə- gəlirin ümumi məbləğindən və ya gəlirin bir hissəsindən, o cümlədən daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirdən, müəssisələr tərəfindən ödənilən əməkhaqqı və ya maaşların ümumi məbləğindən tutulan bütün vergilərə aiddir.

Belə ki, sazişlə Slovakiyada fiziki və hüquqi şəxslərin gəlir vergisi, Azərbaycanda isə hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi İkiqat Vergitutmadan azad edilib.

Bundan başqa, saziş imzalandıqdan sonra müvcud vergilərə və ya onlara əlavə olaraq və ya onların əvəzinə tutulan istənilən eyni və ya mahiyyətcə oxşar vergilərə də tətbiq ediləcək.

Həmçinin rezidentlərin daşınmaz əmlakdan əldə edilən gəlirləri digər dövlətdə vergiyə cəlb edilə bilər. Bu vergi növü, daşınmaz əmlaka münasibətdə yardımçı əmlakı, kənd və meşə təsərrüfatında istifadə edilən mal-qara və avadanlığı, torpaq mülkiyyəti barədə milli qanunvericiliyin müddəaların tətbiq edildiyi hüqüqların, daşınmaz emlakın uzufruktunu ve mineral ehtiyatların, mənbələrin və digər təbii resursların işlənməsi və ya işlənmə hüququ əvəzində ödənilən dəyişkən və ya təsbit edilmiş ödenişlərə olan hüquqları əhatə edir. Ancaq, dəniz və hava gəmiləri daşınmaz əmlak hesab edilməyəcək.

Rezident dedikdə qanunvericiliyə uyğun olaraq yaşayış yerinə, rezidentliyinə, idarəetmə yerinə və ya oxşar xarakterli hə hansı meyara əsasən yuxarıdakı razılığa gələn dövlətdə vergiyə cəlb edilməli olan istənilən şəxsi bildirir, həmçinin razılığa gələn dövləti və onun hə hansı inzibati-ərazi bölmələrini və ya yerli hakimiyyət orqanını və tanınmış pensiya fondunu əhatə edir.
Seçilən
1
7
reyting.az

8Mənbələr