AZ

Dəm qazı bəlası davam edir

Qış aylarının qorxulu bəlalarından biri də dəm qazıdır. 

Son zamanlar dəm qazından vəfat edənlərin sayı artır.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, qaz sobalarından istifadə zamanı texniki şərtlər gözlənilmədikdə də zəhərlənmə olur: 

“ Dəm qazı nəfəs aldıqda iy hiss etmədiyimiz, selikli qişada qıcıqlanma törətməyən bir qazdır. Nəfəs yolları ilə bədənə daxil olur, daha sonra hemoqlobini özünə birləşdirir və karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin əmələ gətirdiyinə görə, hemoqlobin artıq oksigeni özünə birləşdirə bilmir. Müəyyən miqdardan sonra toxumalar oksigensiz qalır. Bütün hemoqlobin birləşirsə, belə xəstələr ayılmırlar. Vaxtında tədbir görüləndə insanlara hansısa köməyi göstərmək olur. Burada əsas nüans orqanizmə daxil olan dəm qazının miqdarıdır”.

Sevinc
 

Seçilən
0
hit.az

1Mənbələr