Kosovonun daxili işlər naziri Xhelal Sveçla ölkədə fəaliyyət göstərən bütün paralel Serb qurumlarının ofislərini bağladığını açıqlayıb.
Bakıvaxtı.az bu barədə serb mediasına istinadla xəbər verir.
Nazir Sveçla sosial media hesabındakı paylaşımında Serbiyanın Kosovodakı cinatəkar bələdiyyə və qurumlarının əməliyyatla bağlandığını bildirib.
Əməliyyat çərçivəsində Priştina, Lipyan, Obiliç, Kosovo Ovası, Vıçıtırın, Novobırdo, Kameniç, Rahovça, Viti və Skenderayda paralel bələdiyyə idarələri, qeyri-qanuni poçt və vergi idarələrinin bağlandığını qeyd edən Sveçla qeyd edib:
“Serbiyaya aid heç bir paralel və ya cinayətkar quruluşa icazə verməyəcəyik”.
Əli Hüseynov