Bakı,15 yanvar AZƏRTAC.
“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Şəmsabad” qaz paylayıcı stansiyasında (QPS) mövcud qaz tənzimləyici qurğunun üzərində yeni tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 16 yanvar saat 10:00-dan etibarən işlər başa çatanadək “Şəmsabad 2-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təmir işləri aparılan müddətdə Ağdaş rayonunun bir hissəsinin (Ağdaş şəhərinin bir hissəsi, rayonun 19 yaşayış məntəqəsi, 6 qeyri-yaşayış) qaz təchizatının dayandırılması işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.