"Hələlik Rusiya ilə quru sərhədinin bağlanmasını tələb edəcək heç bir təhlükə yoxdur".
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Estoniya Daxili İşlər Nazirliyinin sərhəd və miqrasiya siyasəti departamentinin rəhbəri Janek Maqi deyib.
O, bildirib ki, yanvarın 13-də Estoniya parlamentinə Estoniya-Rusiya sərhədində sərhəd keçidlərinin işini dayandırmağı təklif edən qanun layihəsi daxil olub. Partiya lideri Urmas Reinsalu bu təklifi onunla əsaslandırıb ki, rus sərhədçiləri Narva çayında quraşdırılmış baryer şamandıralarını yığışdırıblar. O, həmçinin Finlandiya körfəzində kommunikasiya kabellərinin zədələnməsində Rusiyanın əli ola biləcəyini təklif edib.
"Daxili İşlər Nazirliyi təhlükənin qiymətləndirilməsinə əsaslanır. Hazırda şərq sərhədinin bağlanmasını tələb edəcək heç bir təhlükə qiymətləndirməsi yoxdur", deyə Maqi qeyd edib.
Gülşən Şərif