Bakı. Trend:
ADA Universiteti Fondunun və Azercell Telekom MMC-nin ötən ildənetibarən birgə təşkil etdiyi “İdeya İnkubasiyası Proqramı”nınikinci mərhələsinə start verilib.
Trend xəbərverir ki, bu barədə ADA Universiteti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın startap ekosisteminin inkişafınıdəstəkləyən proqram gənclərə yeni texnologiyaların tətbiqiniöyrədəcək, onları real startap ekosisteminə hazırlayacaq.İştirakçılar öz ideyalarını layihələndirmək və reallaşdırmaq üçünlazım olan bilik və bacarıqlara yiyələnəcəklər, təcrübəlimentorlarla işləmək və ekosistem nümayəndələri ilə əməkdaşlıqqurmaq fürsəti əldə edəcəklər.
Layihəyə bu il 10 komanda cəlb ediləcək. ADA Universitetnin vəAzercell Telekomun əməkdaşları yarım ilədək olan müddət ərzindəkomanda üzvlərinə mentorluq edəcək, gənclərə “Startap təfəkkürününformalaşdırılması”, “İT Layihə idarəetməsi”, “MVP hazırlanması”,“Uğurlu startup təqdimatların hazırlanması ” kimi mövzulardatəlimlər keçəcəklər.
Sonda qalib gələn komandaya 3500 AZN pul mükafatı təqdimediləcək. Eyni zamanda, uğurlu layihə təklifləri “Azercell Telekom”tərəfindən dəyərləndiriləcək və ideyları ilə seçilən startapçılaratəcrübə proqramında iştirak və ya iş fürsəti təqdim ediləcək.