AZ

Bayden və Tramp arasındakı YANĞIN SAVAŞI: “Hansısa lider belə bir riskə getməz”

“Düşünmürəm ki, ABŞ kimi dövlətdə hansısa lider belə riskə getsin”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də baş verən yanğınların Bayden administrasiyası tərəfindən yenidən prezident seçilən Donald Trampa qarşı törədildiyi fikirlərinə münasibət bildirən politoloq Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, belə fikirlərə qeyri-ciddi yanaşmaq lazımdır. Çünki hər bir proses kimi yanğınların da sonu var.

“Tramp prezident fəaliyyətinə yenidən başladıqdan sonra istədiyini hər bir halda yerinə yetirəcək. Yəni yanğınlarla onun qarşısını almaq mümkün deyil. Eyni zamanda, nə dünyada, nə də ABŞ-də çox az lider tapılar ki, belə böyük faciə üzərindən öz ambisiyalarını yerinə yetirsin. Düzdür, var elələri, bizim yaxın qonşuluğumuzda yerləşir. Ancaq yenə də düşünmürəm ki, ABŞ kimi dövlətdə hansısa lider belə riskə getsin”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
0
yenicag.az

1Mənbələr